AZ

PSJ və "Borussiya" YARIMFİNALDA

Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Bakıvaxtı.az xəbər verir ki, aprelin 16-da cavab oyunlarına start verilib.İlk gündə iki görüş keçirilib. İspaniya təmsilçilərindən “Barselona” ev, “Atletiko” səfər matçına çıxıb. Hər iki klub birinci görüşündə minimalhesablı qələbə qazanmışdı.PSJ səfərdə “Barselona”nı 4:1 hesabı ilə məğlub edib. Dortmund “Borussiya”sı isə evdə “Atletiko”ya 4:2 qalib gələrək adını yarımfinala yazdırıb.Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək.Çempionlar Liqası1/4 final, cavab oyunları16 aprel“Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4 Qol: Rafinya, 14 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61 (p), 89Qırmızı vərəqə: Arauxo, 32Baş hakim: İstvan Kovaç (Rumıniya)Barselona, “Olimpik Lyuis Kompanis” stadionuİlk oyun – 3:2“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) 4:2 Qol: Brand, 34. Matsen, 39. Fyulkruq, 71. Zabitser, 74 - Hummels, 49 (ö.q.). Korrea, 64Baş hakim: Slavko Vinçiç (Sloveniya)Dortmund, “Siqnal İduna Park” stadionuİlk oyun – 1:2

Seçilən
119
2
Mənbələr
Şərh ()
Bağla