AZ

“Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

Azərbaycanın görkəmli bəstəkarı,  Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956-1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Ramiz Mirişli yaradıcılığında ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.  Dillər əzbəri olan "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar” və s. mahnıların müəllifidir.

Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə üzə çıxıb. Onun səhnə əsərləri sırasına 2 musiqili komediya və respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulan 40-dan artıq əsərə yazdığı musiqi aiddir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Milli Kitabxanada görkəmli bəstəkarın 90 illik yubileyi  ilə əlaqədar “Xalq artisti Ramiz Mirişli” adlı geniş kitab sərgisi hazırlanıb.

Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, rəy verdiyi, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.






















Bizi İnstagramda izləyin

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28950
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27316
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21307
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18212
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14891
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10781
Sabah 20 dərəcə isti olacaq
10362
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
10066
May ayında Azərbaycana qar yağdı - VİDEO
9088
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8990
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8628
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7598
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7299
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7221
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6878
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6693
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6672
Azərbaycan nefti ucuzlaşıb
6359
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6342