AZ

Şəhid Cavid Haxverdiyevin doğum günündə xatirəsi yad edilib

Aprel ayının 16-da Biləsuvar rayonunun Ağayrı  kəndində I Qarabağ müharibəsi şəhidi Haxverdiyev Cavid Əlifağa oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideynlərinə baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Haxverdiyev Cavid Əlifağa oğlu 16 aprel 1975-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə Ağayrı kənd tam orta məktəbində təhsil almışdır. Hələ 17 yaşında orta məktəbdə oxuyarkən,  1992-ci ilin fevral ayında cəbhəyə yollanmışdır. 3 ay sonra döyüşdə yaralanan Cavid müalicəsini tam başa çatdırmaq üçün evlərinə göndərilir. Kənd xəstəxanasında tibb  bacısı işləyən anası yarasının ağır olduğunu görüb oğluna cəbhəyə qayıtmamağı məsləhət bilir. Lakin məktəb yaşlı döyüşçü, yarası sağalar sağalmaz geri-səngərə dönür. 1992-ci ilin sentyabr ayının 9-da  Laçın rayonunun Suarası kəndində döyüş tapşırığını yerinə yetirərkən  qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 2-də Ağayrı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Ağayrı kənd tibb məntəqəsinə verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

Seçilən
154
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
19934
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17616
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12661
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7780
May ayında Azərbaycana qar yağdı - VİDEO
7587
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6894
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6841
Sabah 20 dərəcə isti olacaq
6189
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5881
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5711
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5567
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5502
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5410
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5223
Bu yol qovşağında təmir işləri aparılacaq
5165
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4776
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4626
Azərbaycan nefti ucuzlaşıb
4575
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4544
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4345