AZ

Tbilisidə xüsusi təyinatlılar etirazçılara müdaxilə etməyə başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyada polis xüsusi təyinatlıları etirazçılara müdaxiləyə başlayıb.

 

Ərazini tərk etmək istəməyən etirazçılara qarşı bibər qazı spreyindən istifadə edilib.

 

Polis hazırda aksiya iştirakçılarının parlament binasının arxa girişindən çıxarmağa çalışır.

 

Əraziyə su şırnağı maşını cəlb edilib.

 

Etirazçılar polisə müqavimət göstərirlər.

Tarix: 16 Aprel 2024, 22:31   
Seçilən
58
4
Mənbələr
Şərh ()
Bağla