AZ

CAR-da daşqınlar: 5 nəfər öldü

Cənubi Afrika Respublikasının cənub-şərqində son üç gün ərzində yağan leysan yağışlarının yaratdığı daşqınlar səbəbindən azı 5 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə KvaZulu-Natal əyalət hökumətinin başçısı Nomusa Dube-Nkube məlumat verib.

Onun sözlərinə görə, hazırda əyalətdə xilasedicilər işləyir:

“Beş nəfər həlak olub, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan dəyib. Evlər dağıdılıb, onların dəqiq sayı müəyyənləşdirilir”.

Sinoptiklər Cənubi Afrikada quru mövsümün artıq başladığı üçün hazırkı havanın qeyri-adi olduğunu bildirir.

Seçilən
76
2
Mənbələr
Şərh ()
Bağla