AZ

Moskvada S400 raketləri istehsal edən zavodda yanğın

Moskvada Klara Setkin küçəsində yerləşən “Avanqard” zavodunun ərazisində yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Moskva" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın 50 kvadratmetr ərazini əhatə edib və vaxtında gələn yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Qeyd edək ki, Moskva Maşınqayırma Zavodu "Avanqard" ASC "Almaz-Antey" Aerokosmik Müdafiə Konserni" Səhmdar Cəmiyyətinin bir hissəsidir. Şirkət həm də S-300 və S-400 zenit-raket sistemləri üçün sursat istehsal edir.
Seçilən
33
6
Mənbələr
Şərh ()
Bağla