AZ

Sürücü sükan arxasında infarkt keçirdi

Qazax rayonunda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Rayon sakini Yaşar Əhmədov "VAZ" markalı avtomobilin sükanı arxasında olan zaman infarkt keçirərək dünyasını dəyişib. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
13

1Mənbələr

Şərh ()
Bağla