AZ

Qəzzada ölənlərin sayı 33843-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33 843-ə çatıb.

BiG.AZ xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 193 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 46 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.

Dağıntılar altında və yol kənarında ölənlərin olduğu da bir daha vurğulanıb, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə səlahiyyətliləri cəsədlərə çata bilməyib.


BiG.Az
Seçilən
196
2
Mənbələr
Şərh ()
Bağla