AZ

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir (FOTO)

Bakı. Trend:

ADA Universitetində keçirilən Karyera Hazırlığı Həftəsininaçılış mərasimi baş tutub.

ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyi iləkeçirilən və aprelin 25-dək davam edəcək Karyera HazırlığıHəftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyeraimkanları ilə tanış etməkdən ibarətdir.

Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələrimüəyyənləşdirmək üçün ADA Universitetinin Karyera xidmətlərişöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçimmərhələsi həyata keçirilib. Tələbələr akademik göstəriciləri vəmüsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkilolunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Butəlim və seminarlar maliyyə, bankçılıq, informasiya vətelekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyətgöstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumunyüksəkixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri vəkaryera yüksəlişi strategiyaları mövzularında keçiriləcək. Tədbirdətəmsil edilən tərəfdaş qurumlar sırasında ABB, “Azərbaycan HavaYolları”, “Azercell”, “Azerconnect” “Azərkosmos”, “Azərsun”, “BakerTilly”, “Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahanMərkəzi, Dövlət Neft Fondu, “EKVITA”, “Ernst & Young”, İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyi, Kapital Bank, “Nobel Energy”, PAŞABank, PAŞA Həyat Sığorta, “PAŞA Malls” və "PMD GROUP"u qeyd etməkolar.

On gün davam edəcək sessiyalar potensial işəgötürənlərləəlaqələri asanlaşdırmaqla yanaşı, tələbələrə şirkətlərin daxilindətəcrübə imkanı təqdim edəcək. Belə ki, şirkətlərin ayrılıqda təşkiletdiyi xüsusi seçim prosesindən keçən beş tələbə ixtisasına uyğuntəcrübə proqramında iştirak imkanı əldə edəcək.

Qeyd edək ki, Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 2-dəKaryera sərgisi baş tutacaq. Müxtəlif sektorlardan 100-dən çoxişəgötürənin iştirak etdiyi karyera sərgisi, tələbələr üçünpotensial işəgötürənlərlə tanış olmaq, Tərcmeyi-halını birbaşaonlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etməkfürsəti təqdim edəcək.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla