AZ

“İranın vurulacağını əvvəldən bilirdik”

Avropa Birliyi (AB) İsrail ordusunun İranın Suriyadakı konsulluğunu atəşə tutmasından sonra İranın İsrailə cavab hücumu barədə əvvəlcədən məlumatlı olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.

"Bir neçə gün əvvəl (İranın cavab hücumu ilə bağlı) bizə xəbərdarlıq edilmişdi, - AB-nin baş diplomatı bildirib.

Borrel bu məlumatı dəqiq haradan aldıqlarını açıqlamayıb.

Onun iddiasına görə, AB-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaqdır.

"Bu, hər kəsin öz fiqurlarını irəli apardığı şahmata bənzəyir", - Borrel əlavə edib.

Avropalı diplomat həmçinin qeyd edib ki, Dəməşqdəki konsulluğa hücumdan sonra AB Tehrana regionda heç bir ölkənin münaqişənin genişləndirilməsində maraqlı olmadığını bildirib: "Çünki bu, müharibənin davam edəcəyi anlamına gələcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
Mənbələr
Şərh ()
Bağla