AZ

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb. Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas maliyyə göstəriciləri üzrə də sabit artım dinamikası müşahidə olunur. Belə ki: Ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 163 mln manat, yəni 25% artımla 802.5 mln manat olub. Bankın missiyasına uyğun olaraq portfelin mühüm qismini mikro, kiçik və orta bizneslərə ayrılmış vəsaitlər təşkil edir. Rüb ərzində 5500-dən çox müştəriyə verilmiş biznes kreditləri nəticəsində bu istiqamət üzrə portfel yarım mlrd manatı keçib. Qeyd edək ki, biznes kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 21%, yəni 92 mln manat artıb. Biznesdə olduğu kimi istehlak kredit portfelində də müsbət artım tendensiyası davam edir. Hesabat dövründə 7 min müştəriyə 63 mln-dan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 33%-dən çox artaraq 290 mln manatı keçib. Bu satışların 39%-i, eləcə də portfel artımın 46%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. Birinci rübün sonuna əmanət portfeli 837 mln manat təşkil edir. Portfel artımının mühüm hissəsi (177 mln manatdan çox) fiziki şəxslərin hesabına baş verib, bu da Banka olan inam və etibar göstəricisidir. Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. 2023-cü ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 14 mln-dan çox, yəni 59% artımla 39 mln-u, qeyri-faiz gəlirləri isə artaraq 16 mln manatı ötüb. Hesabat dövrünə Bank-ın məcmu kapitalı 118 mln manatı ötüb. Bu da requlyativ tələbdən 68 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.29%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.31 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi 1 mlrd 130.8 mln təşkil edir. Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq!

Seçilən
153
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26972
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26474
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18146
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17598
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14450
Sabah 20 dərəcə isti olacaq
9750
May ayında Azərbaycana qar yağdı - VİDEO
8848
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8781
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8628
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8511
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7322
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6935
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6620
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6504
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6459
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6065
Azərbaycan nefti ucuzlaşıb
6050
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5883