AZ

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Aprelin 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib.

525.az xəbər verir ki, elmi konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu il ölkəmizdə silsilə tədbirlər keçirildiyini qeyd edib. Akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin Türk dünyasını birləşdirən şair olduğunu vurğulayıb.

Elmi konfransda İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmidin “Məhəmməd Füzuli və İraq ədəbi mühiti” mövzusunda məruzəsi dinlənilib.

AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov tədbirin əhəmiyyətindən danışıb və bu sahədə görülən işlərin gələcəkdə daha da genişləndiriləcəyini bildirib.

Moskvada yaşayan həmvətənimiz, yazıçı, professor Abuzər Bağırov çıxışında Rusiya mühitində Füzuli yaradıcılığının tədqiqi ilə bağlı görülmüş işlərdən bəhs edib.

Özbəkistandan olan qonaqlardan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov, Urgənc Dövlət Universitetinin Özbək Filologiyası fakültəsinin dekanı professor Dilşod Qayıpov və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru İslam Yoqubov çıxışlarında Füzuli yaradıcılığının maraqlı məqamlarına toxunublar.

İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri, “Türkman mədəniyyəti” jurnalının baş redaktoru doktor Sabah Kərküklü “Füzuli Bağdadi və tarixçilərin mübahisəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı İraq Əlyazmalar İnstitutu tərəfindən Əlişir Nəvainin “Müəmma” traktatına “Füzulinin şərhi” adlı əlyazma nüsxəsinin tapıldığı, Füzuli tərəfindən yazılan əlyazma nüsxəsinin 1554-cü ilə aid olduğu qeyd edilib.






















Bizi İnstagramda izləyin

Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26631
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26313
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18130
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16962
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14402
Sabah 20 dərəcə isti olacaq
9658
May ayında Azərbaycana qar yağdı - VİDEO
8817
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8589
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8485
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8213
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7232
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6879
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6578
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6482
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6442
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6029
Azərbaycan nefti ucuzlaşıb
5984
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5861