AZ

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub.


Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən “Laser Beauty Clinic”in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub.


Onlar Elnarə Rzayevanın “Instagram” səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə “Laser Beauty Clinic” barəsində “Fikirlərinizi əsirgəməyin, bumeranq... Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da son. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilməyəcəklər, ən azı bu dəfə...” - deyə sözlərini yazıb.


Xüsusi ittiham qaydasında şikayət edən LBC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.


Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl xalq artistinin gəlininin LBC estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil:


”Xəbər səhifələrində paylaşımların altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadır. Nədənsə klinikanın həkimləri mənim barəmdə məhkəməyə müraciət edib. Çünki mən işimdə uğur qazanmışam, onların əsas rəqibiyəm. Belə etməklə məni sarsıtmaq, psixoloji təzyiq edərək nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyirəm ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər”.


Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib

Tarix: 16 Aprel 2024, 16:03   
Seçilən
69
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28950
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27313
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21299
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18212
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14891
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10781
Sabah 20 dərəcə isti olacaq
10360
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
10066
May ayında Azərbaycana qar yağdı - VİDEO
9088
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8990
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8628
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7598
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7299
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7221
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6878
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6693
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6672
Azərbaycan nefti ucuzlaşıb
6359
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6342