AZ

"Qırmızı göz" xəstəliyi: 7500 yoluxma

Son 3 həftədə Uqandada “qırmızı göz” xəstəliyinə yoluxanların sayı 7500-ü keçib.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında qeyd edilib. Açıqlamada, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib. Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, bazarlar, bazarlar və meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib. Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
bakivaxti.az

2Mənbələr