“Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğu müşahidə ediləcək. Builki nəticələrin artmasına ayrı amil təsir göstərib”.Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi:“Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci sinifdə pandemiya onlara daha çox təsir göstərdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərdi. Bu, bütün dünyada belədir. 2023-cü ilin nəticələri bütün kütləvi imtahanlarla müqayisədə aşağıdır. PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının nəticələri də bunu göstərdi.