AZ

Tanınmış kosmetoloqları təhqir edən həkimin məhkəməsi bitdi


Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub.


“Qafqazinfo” xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən “Laser Beauty Clinic”in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub.

Onlar Elnarə Rzayevanın “Instagram” səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər.



Elnarə Rzayeva sosial şəbəkədə “Laser Beauty Clinic” barəsində “Fikirlərinizi əsirgəməyin, bumeranq... Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da son. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilməyəcəklər, ən azı bu dəfə...” -sözlərini yazıb.

Xüsusi ittiham qaydasında şikayət edən LBC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.

Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl xalq artistinin gəlininin LBC estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil:

”Xəbər səhifələrində paylaşımların altında klinika və onun həkimləri barədə təhqir xarakterli neqativ yazılmış rəylər hələ də qalmaqdadır. Nədənsə klinikanın həkimləri mənim barəmdə məhkəməyə müraciət edib. Çünki mən işimdə uğur qazanmışam, onların əsas rəqibiyəm. Belə etməklə məni sarsıtmaq, psixoloji təzyiq edərək nüfuzdan salmağa çalışırlar. Bildirmək istəyirəm ki, həmin xəbər saytları daha geniş kütləyə malikdir və yayılmış məlumat əgər yanlışdırsa, bu xəbərin ictimaiyyətləşdiriməsi klinikanın nüfuzuna daha çox xələl gətirə bilər”.

Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib.


Seçilən
89
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26972
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26474
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18146
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17598
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14450
Sabah 20 dərəcə isti olacaq
9749
May ayında Azərbaycana qar yağdı - VİDEO
8848
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8781
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8628
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8511
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7322
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6935
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6620
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6504
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6459
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6065
Azərbaycan nefti ucuzlaşıb
6050
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5883