AZ

Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."

"Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb, götürmək istəyəndə o biri ayağını da qırıb. Nənəmə mən, xalam, xalamın qızı və oğlu baxır. Kim evdədirsə, o baxmağa çalışır".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova bildirib.

Gövhər bildirib ki, atası Aqil Gülmalıyev də dünyasını dəyişib.

"Atam bir ildir ki, dünyasını dəyişib. Xəstəxanada yatırdı, ciyərinə su gəlmişdi. Yanına getsəm də, xəstəxanada onu görməyə imkan olmadı. Həkimlər yanına buraxmadılar, görməyə icazə yox idi. İki gün sonra atamın həyat yoldaşı zəng edib öldüyün bildirdi. Sonra evə getdim. Bu gün də məzarını ziyarət edirəm. Əlaqəmiz var idi, danışırdıq, həmsöhbət olurduq. İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır. O qayğını, o sevgini tam olaraq görmürsən. Heç bilmirsən ki, valideyn qayğısı və sevgisi nə olan şeydir. Düzdür, nənəm, xalam bu yaşıma qədər məni böyüdüb, yetərincə qayğı və sevgi veriblər, amma təbii ki, heç biri ana-ata sevgisini əvəz edə bilməz. Tək təsəllim sadəcə onu düşünərək həyatıma davam edirəm ki, hazırda yanımda atam və anam olsaydılar, məni gələcəkdə necə görmək istəyərdilər? Ona uyğun olaraq da çalışıram. Tək təsəllim hazırda budur", - deyə Gövhər Qafarova bildirib.


BiG.Az
Seçilən
26
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25984
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25440
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18106
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14843
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14187
Sabah 20 dərəcə isti olacaq
9412
May ayında Azərbaycana qar yağdı - VİDEO
8677
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8416
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8352
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7090
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6770
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6539
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6374
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6333
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6319
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5932
Azərbaycan nefti ucuzlaşıb
5820
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5703