AZ

AFFA yeni strategiya hazırlamalıdır - Adil Hüseynovdan təklif

Bakı. Trend:

İlk növbədə AFFA-nın yeni seçilmiş prezidentini və İcraiyyəKomitəsinin üzvlərini təbrik edirəm. Onlara aktiv, inamlı başlanğıcarzulayıram. Səyləri uğurlarla, qələbələrlə nəticələnsin.

Trend xəbər verir ki, bunu İdman.biz-ə açıqlamasında futbol veteranı AdilHüseynov deyib.

Ötən əsrin 70-ci illərində “Neftçi”, Naxçıvanın “Araz” və başqaklublarda çıxış etmiş sabiq futbolçu AFFA-nın indiyəqədərkifəaliyyətini dəyərləndirib: “Bu gün dünyada futbol mühüm sosialhadisədir və gördüyümüz kimi dövlət bu idman növünün təbliğinə,futbolun inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısı cənab İlhamƏliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında futboluninkişafına dair Dövlət Proqramı” ölkədə futbolun inkişafına vəbeynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir. Azərbaycanfutbolunun uğuru, milli komandaların beynəlxalq yarışlarda, ocümlədən dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında,klubların isə Avropa turnirlərində çıxışlarla ölçülür. Təəssüf ki,dövlət dəstəyi olmasına baxmayaraq, AFFA-nın yarandığı 1992-ciildən bu günə kimi, milli komandalarımız, Ağdamın “Qarabağ”komandası istisna olmaqla, klublarımız beynəlxalq arenada böyükuğurlar qazanmayıb. Azərbaycanda peşəkar futbolun hələ də aparıcıAvropa çempionatlarının standartlarından uzaq olduğunu etirafetməliyik”.

Hüseynov AFFA-nın Hesabat-Seçki Konfransından sonra qurumrəhbərliyində baş verən dəyişikliklərə nikbin yanaşdığınıgizlətməyib və millidən gözləntilərini açıqlayıb: “Məqsədimizmillimizi dünyanın ən yaxşıları sırasında görməkdir. Bunun üçünkomandamız rəqabət qabiliyyətli gücə çevrilməlidir. Hazırda yığmadayüksək səviyyəli futbolçular azdır. Aşağı yaş qrupları üzrəmillilərimiz dünya və Avropa çempionatlarında uğurla çıxış edənkimi ölkənin əsas komandası üçün yüksək nəticə proqnozlaşdırmaqolar”.

Futbol veteranı Gürcüstanın AVRO-2024-ə vəsiqə qazanmasına datoxunub: “Gürcüstan bizim üçün qonşu, dost ölkədir, yüz minlərləsoydaşımız həmin ölkədə yaşayır. Onların sevinci, bizim dəsevincimizdir. Arzu edirəm ki, Gürcüstan millisi AVRO-2024 uğurlaçıxış etsin. İki qonşu ölkənin futbolunu müqayisə etmək üçün tarixənəzər salmaq vacibdir, milli komandaların çıxışlarını, klublarınavrokuboklarda iştirakını, nəticələrini, FİFA və UEFA reytinqlərinitəhlil etmək və nəhayət, öz ölkəsindən kənarda çıxış edənfutbolçuların sayını, səviyyələrini qiymətləndirmək lazımdır”.

Hüseynov AFFA-nın yeni rəhbərliyinin görməli işlərdən danışıb:“Futbolun populyarlığını və onun gənc nəslin tərbiyəsindəki rolununəzərə alaraq, AFFA tərəfindən bu idman növünün inkişafı üçün yenistrategiya hazırlanmalıdır. Bu strategiyada ilk növbədə futbolunhazırkı vəziyyəti ilə respublikanın sosial-iqtisadi sahədəkiuğurları arasındakı uyğunsuzluğa xüsusi diqqət yetirilməlidir. Eynizamanda, strategiya futbolun bütün növləri ilə məşğul olaninsanların sayının artmasına yönəlməlidir, idarəçilik sisteminintəkmilləşdirilməsi, təşkili ilə bağlı ictimai rəyi monitorinqinintəmin edilməsi və s. Ataların belə sözü var: “Uzaqdan baxana döyüşasan gələr”. AFFA-nın indiki mərhələdə üzləşdiyi problemlərinmiqyası elədir ki, yalnız dövlətin, peşəkarların, jurnalistlərin,bloqqerlərın və bütün futbol ictimaiyyətinin birgə səyi ilə onlarınhəllinə nail olmaq olar. Klublar özlərini maliyyələşdirməyəçalışmalıdırlar, futbolumuz xalqdan uzaqdır – azarkeşlərin sevimliidman növünə nəzarəti yoxdur və eyni zamanda, təəssüf ki, bəzihallarda kifayət qədər azarkeş mədəniyyəti yoxdur, təhqiramizsözləri işlədən və azlıqda qalan fərdləri nəzərdə tuturam. Çox ümidedirəm ki, onlar da bunu nəzərə alıb özləri də düzgün nəticəyəgələcəklər. Hamımız başa düşməliyik ki, istər meydandakı oyunçular,hakimlər və tribunada azarkeşlik edən insanlar bir ölkəninvətəndaşlarıyıq, biz eyni qanunlara tabeyik, ancaq idmanprinsiplərinə riayət etməliyik, o cümlədən feyr-pleyprinsiplərinə”.

Veteran futbolçu klubların durumuna da toxunub: “Azərbaycanklublarının özləri də çox gəlirsizdirlər. Sponsorlar dərhal nəticəistəyirlər. Müxtəlif səbəblərdən, o cümlədən maddi sıxıntılardanfəaliyyətini dayandıranlar olub. Maliyyə durumu 3-4 klub istisnaolmaqla, ürəkaçan deyil, klub büdcələri əsasən dövlətdən alınanianələr hesabına formalaşır. Eyni zamanda, marketinq vəteleyayımlardan əldə olunan maliyyə vəsaitləri minimaldır.Stadionlarda matçlar zamanı əksər klubların sadiq azarkeşlərinəbiletlərin satışından əldə olunan pullar komandaların xərclərinincüzi bir hissəsini ödəməyə kifayət edir”.

Qeyd edək ki, sabiq futbolçu hazırda Azərbaycan RespublikasıTicarət və Sənaye Palatasının vitse-prezidenti, Azərbaycan Dövlətİqtisad Universitetinin (UNEC) dosentidir və Bakı şəhəri Nərimanovrayon bələdiyyəsinin üzvüdür.

Seçilən
37
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27275
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26588
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18155
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18154
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14540
Sabah 20 dərəcə isti olacaq
9828
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9080
May ayında Azərbaycana qar yağdı - VİDEO
8921
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8691
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7334
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7164
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7016
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6653
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6550
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6508
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6170
Azərbaycan nefti ucuzlaşıb
6125
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6085