AZ

Çin liderindən Ukrayna böhranının həlli üçün təkliflər

Çin prezidenti Si Cinpin Pekində rəsmi səfərdə olan Almaniya kansleri Olaf Şolts ilə Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

Herbiand.az İnterfaks-a istinadən xəbər verir ki, görüş zamanı Çin lideri Ukraynada sülhün mümkün qədər tez bərpa olunması və böhranın nəzarətdən çıxmasının qarşısını almaq üçün dörd prinsip təklif edib. O bildirib ki, sülhün və sabitliyin qorunub saxlanmasına üstünlük verilməli və eqoist mənfəət güdməkdən çəkinməliyik:

“Biz atəşə yağ tökmək əvəzinə vəziyyəti soyutmalıyıq. Eyni zamanda sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da artırmamalıyıq. Həmçinin qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə xələl gətirməkdən çəkinməliyik”, - deyə Çin lideri bildirib.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
herbiand.az

3Mənbələr