AZ

Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunubSƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Seçilən
151
32
Mənbələr
Şərh ()
Bağla