AZ

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 23 yaşlı Ağarza Rzayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən xəstənin vəziyyətinin stabil olduğu bildirilir. Hazırda yaralının hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla