AZ

Ölkədə ötən il 18 min körpə qeyri-rəsmi nikahdan doğlub

Azərbaycanda il ərzində doğulan 122 min 846 körpədən 15,3%-i və ya 18 min 814-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Azpost.info-nun məlumatına görə, yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 14 min 401-i hər iki valideyinin ərizəsi əsasında, 4 min 413-ü isə tək ananın ərizəsi əsasında qeydə alınıb.

Onu da bildirək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı son bir ildə 7,1% artıb.
Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 11 min 630-u kənd yerlərində, 7 min 184-ü şəhərlərdə doğulub.
Qeyd edək ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub – 30 min 983 nəfər.

Məlumat üçün onu da qeyd edək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən çox Cəlilabad rayonunda qeydə alınıb. Bu rayonda il ərzində dünyaya gələn uşaqların 47,9%-i və ya 1 815-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Cəlilabad rayonun kəndlərində doğulan körpələrin isə yarıdan çoxu – 51,6%-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.
Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən az Şahbuz rayonunda qeydə alınıb. Şahbuzda il ərzində dünyaya gələn uşaqların cəmi 1,5%-i və ya 3-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Seçilən
19
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27887
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26938
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19281
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18180
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14702
Sabah 20 dərəcə isti olacaq
10030
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9752
May ayında Azərbaycana qar yağdı - VİDEO
8975
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8764
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8574
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7702
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7458
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7196
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7087
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6695
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6601
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6562
Azərbaycan nefti ucuzlaşıb
6186
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6183