AZ

Rəşad Dağlı əfv olunur?

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Dağlı tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı idi. Vətəndaşların kifayət qədər sevgisini və dərin hörmətini qazanan söz ustadının azadlığa çıxmasını istəyən kifayət qədər insan var.

Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti "əfv sərəncamını" verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir.

Bəs, görəsən, "əfv sərəncamı" ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, cəzadan və cinayət məsuliyyətindən azad etməyin bir neçə forması var:

Seçilən
98
24
Mənbələr
Şərh ()
Bağla