AZ

Emin Əmrullayevdən Xankəndi və Xocalıda məktəb infrastrukturu ilə bağlı AÇIQLAMA

Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir.

Valyuta.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu kompleks bir işdir:

"Əhalinin köçürülməsi planlarına uyğun olara bu tədbirlər həyata keçirilir. Bizim bu il ən böyük layihəmiz Qarabağ Universitetidir. Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq", - deyə E.Əmrullayev bildirib.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla