AZ

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Dövriyyəsi

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanuna dəyişiklikləri özündə əks etdirən qanun layihəsinə əsasən dekstrometorfan və buprenorfin dərman vasitələrinin adları dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından çıxarılıb.

Sənədə görə, dekstrometorfan (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) və buprenorfin Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq