AZ

Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır

Katarakta xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər. İTSDA-dan SİA-ya verilən məlumata görə, 2023-cü il ərzində 35 791 sayda katarakta əməliyyatı icra olunub ki, bunların 28 619-u özəl, 7 172-si dövlət tibb müəssisələrinin payına düşür.

Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindən aparılır. Göz strukturlarının və görmə qabiliyyətinin müəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibinin müayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözün uzunluğunun müəyyənləşdirilməsi və s. kimi müayinə metodları sözügedən xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir.

Katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün deyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir. Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni büllurla, yəni “göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilən linzalar, dərman və tibbi sərf icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları istehsalı olan “göziçi linzalar” da sığorta ilə təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatları zamanı vətəndaşların seçiminə əsasən Almaniya, İtaliya, Türkiyə, Çin və Hindistan istehsalı linzalardan da istifadə olunur.

Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər.

Qeyd edək ki, el arasında “mirvari suyu” adlandırılan katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz xəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasında yerləşən büllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimi bulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Seçilən
68
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28835
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27271
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21032
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18210
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14863
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10694
Sabah 20 dərəcə isti olacaq
10330
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9824
May ayında Azərbaycana qar yağdı - VİDEO
9075
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8963
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8622
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7567
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7283
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7219
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6858
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6689
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6669
Azərbaycan nefti ucuzlaşıb
6336
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6330