AZ

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya uçuşlara başlayıb

Rusiyanın “İrAero” aviaşirkəti Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Nijni Novqorod hava limanının məlumatına istinadən xəbər verir ki, Azərbaycanın paytaxtına uçuşlar bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı günləri “Sukhoi Superjet 100” təyyarəsi ilə planlaşdırılır.

Seçilən
74
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq