AZ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Bakı, 16 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda infosessiya təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev siçovullar üzərində aparılan tədqiqatlarla tələbələri tanış edib. Laboratoriyada siçovullar üzərində morfinin öz-özünə yeridilmə modelinin tədqiqat imkanları, serotonin modullu antikonsolidasiya zülalına qarşı poliklonal anticisimlər vasitəsilə onların morfini qəbul etməsinin 5-8 dəfə azalması nəticəsində baş verən xüsusiyyətlər izah olunub, bu istiqamətdə aparılan eksperimentlərdən söz açılıb.

Sonra tələbələr biologiya elmləri doktoru Elmira Pənahovanın rəhbərliyi ilə bir neçə istiqamətdə aparılan elmi tədqiqat işləri haqqında məlumatlandırılıblar.

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla