AZ

Azərbaycanda bu provayderlər cərimələndi

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lər cərimələnib.

İKTA-dn Teleqraf.com-a verilən məlumata görə, adıçəkilən provayderlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


Müəllif: Teleqraf.com
Seçilən
45
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28746
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27265
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20911
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18208
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14863
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10631
Sabah 20 dərəcə isti olacaq
10292
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9710
May ayında Azərbaycana qar yağdı - VİDEO
9064
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8948
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8620
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7562
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7268
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7219
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6967
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6849
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6687
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6669
Azərbaycan nefti ucuzlaşıb
6324
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6314