AZ

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirir. Agentliyin fitosanitar müfəttişləri Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisindəki 25 soğan təsərrüfatında monitorinqlər aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam rayonunda saxlanma yerlərində soğanın çürüməsi barədə daxil olan müraciətlə əlaqədar və Milli Monitorinq Planına əsasən həyata keçirilən monitorinqlər zamanı torpaqdan, həmçinin yetişdirilən və 2 anbarda saxlanılan soğan məhsulundan nümunələr götürülüb.

Monitorinqlər nəticəsində 78-i karantin-ekspertiza, 67-si polimeraz zənciravari reaksiya olmaqla, ümumilikdə, 145 nümunə müvafiq laboratoriyaya təqdim edilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, 1 təsərrüfatdan götürülmüş torpaq nümunəsində qızılı kartof nematodu, 2 anbardan götürülmüş nümunədə qara kiflilik, 1 təsərrüfata məxsus sahədən götürülmüş məhsulda soğan kök gənəsi, 6 təsərrüfatda tütün tripsi, 6 təsərrüfatda isə soğan yarpağının çürüməsi xəstəliyi aşkarlanıb.

Laborator nəticələrin, o cümlədən simptomların təhlili göstərir ki, hazırda soğan sahələrində mövcud problemin əsas səbəbi tütün tripsi və onun zədələdiyi toxumalarda inkişaf edən göbələk mənşəli ikincili infeksiya-soğan yarpağının çürüməsi xəstəliyidir. Bununla yanaşı, tütün tripsi əsas olmaqla, digər sorucu həşəratların səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəliklərinin, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsinin həmin problemi yaratdığı istisna olunmur.

AQTA soğan yetişdirən təsərrüfat sahiblərinin diqqətinə çatdırır ki, tütün tripsi ilə mübarizə məqsədilə zərərverici ilə sirayətlənmiş bitki qalıqları sahədən çıxarılmalı və məhv edilməli, sahə alaq otlarından təmizlənməlidir. Mübarizənin səmərəli təşkil olunması üçün yetkin fərdlərin çıxışının dəqiq müəyyənləşdirilməsi məqsədilə feromon tələlərdən istifadə olunması məqsədəuyğundur. Bitkinin 3-5 yarpaq mərhələsində bir bitkidə 6-10 sürfə aşkarlanarsa, kimyəvi mübarizəyə başlanıla bilər. Kontakt təsirli preparatların nimfalara qarşı həmişə səmərəli olmaması nəzərə alınaraq, kimyəvi mübarizənin preparatın istifadə təlimatına uyğun olaraq müəyyən intervalla təkrarlanması tövsiyə edilir. Həmçinin yetkin fərdlərdə və sürfələrdə davamlılığın yaranmaması məqsədilə kontakt və sistem təsirli insektisidlərdən növbəli şəkildə və tətbiq reqlamenti nəzərə alınmaqla istifadə edilməlidir. Eyni zamanda tütün tripsi aşkarlanan sahələrdə ən azı 3 il ərzində növbəli əkin həyata keçirilməlidir. Payızda torpaq dərin şumlanmalıdır.

Qeyd edək ki, tütün tripsinin yetkin fərdləri və sürfələri bitkinin şirəsi ilə qidalanır. Tütün tripsi saxlama zamanı məhsulun yaşıl yarpaqları ilə yanaşı, soğanağa da zərər verir. Sürfə bitki qalıqlarında, sahib bitkilərdə, torpağın üst qatında, eyni zamanda anbarlarda saxlanılan soğan məhsulunun quru pulcuqlarının altında qışlayır.

Seçilən
170
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26041
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25698
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18107
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15229
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14258
Sabah 20 dərəcə isti olacaq
9465
May ayında Azərbaycana qar yağdı - VİDEO
8697
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8420
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8383
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7112
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6871
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6782
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6389
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6355
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6328
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5944
Azərbaycan nefti ucuzlaşıb
5838
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5729