AZ

Oturaq həyat tərzi gündə 1 qutu siqaret çəkməyə bərabərdir - Kardioloq

Bakı. Trend:

Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu.Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyniyaşlı qadınlara nisbətən çoxdur. Trend xəbər verir ki, bu barədəSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkimkardioloqu Leyla Quliyeva deyib.

Trend L.Quliyeva ilə müsahibəni təqdim edir:

- Leyla xanım, bilmək istərdik ki, ürək-damarxəstəliklərinin (ÜDX) baş vermə səbəbləri hansılardır və riskqrupuna kimlər aiddirlər?

- Qeyd edim ki, əgər yaxın qohumlarınızdan hər hansı biri (ata,ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronarşuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslərdiqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir,75-80% digər risk faktorlarının payına düşür.

Digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə,şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterialhipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər tək səbəbdeyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Onagörə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulindirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətliolmalısınız.

- Kişilər və qadınlar arasında ürək-damarxəstəliklərinin rast gəlinmə tezliyi necə dəyişir?

- Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqibərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterialhipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlararasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaşkateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşındansonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji“check-up” müayinəsindən keçməsi məsləhətdir.

- Ürəyimizi qoruyan qida məhsulları haqqında məlumatverərdiniz…

- Gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaşpozğunluqlarında əvəzolunmaz qidadır. Eyni zamanda, çia toxumlarımikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu daürək-damar xəstəlikləri riskini azaldır.

Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərinigücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumuürək-damar xəstəliklərinin qarşısını alır.

Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyindüzgün işləməsini təmin edir və infarkt riskini azaldır. Bundanəlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlılipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır.Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damartutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çoxqiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damartutulmalarının qarşısını alır.

- Fiziki aktivlik ürək-damar xəstəlikləri olan insanlarüçün nə dərəcədə faydalıdır?

- Hərəkətsizliyin nəticələri – insulin dirənci, şəkər xəstəliyiürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarına aiddir.Hətta oturaq həyat tərzi də gündə 1 qutu siqaret çəkməyə bərabərola bilər.

Aktiv həyat tərzi qan dövranını yaxşılaşdırır, toxumaları qan vəoksigenlə zənginləşdirir, dərini gözəlləşdirir. Həmçinin,kaloriləri yandırır, yağları əridir, metobalizmi sürətləndirir,sağlam qidalanma ilə birgə olarsa arıqladır.

Bundan əlavə, fiziki aktivlik 30 yaşından sonra azalmayabaşlayan əzələ kütləsini qoruyur, elastiklik və hərəkətqabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparoza qarşıqoruyur. Eyni zamanda, insulinə həssaslığı artırır, insulindirəncini qırır, pis xolesterin (LDL) və triqliseridləri azaldır,yaxşı xolesterin (HDL) səviyyəsini artırır, beyində xoşbəxtlikhormonlarını artıraraq stressi azaldır, təzyiqin stabil qalmasınakömək edir, ürək-damar xəstəliklərindən qoruyur, qocalmanıləngidir. Bu qədər faydanı heç bir pəhriz və heç bir dərmandanalmaq mümkün deyil.

Aktiv hərəkətlərdən ən praktik olanı piyada gəzmək və üzməkdir.Hər insan özünə uyğun idman növünə gündəlik 30 dəqiqə ayırmalıdır.Demək olar ki, bütün müasir smartfonlarda və “ağıllı” saatlardaaddım sayan proqramlar var. Gündəlik 10 min addım ürək-damarxəstəliklərinin, şəkər, arterial hipertenziya riskini azaldır.

Məqalədə:
Seçilən
59
5
Mənbələr
Şərh ()
Bağla