AZ

NASA evin damına düşən obyektin ISS-dən düşdüyünü təsdiqləyib

NASA keçən ay ABŞ-ın Florida ştatında bir evin damına düşən sirli obyektin Beynəlxalq Kosmik Stansiyadan (BKS) düşən parça olduğunu təsdiqləyib.Dünən verdiyi açıqlamada NASA 2021-ci ildən bəri yavaş-yavaş Yer orbitinə doğru hərəkət edən yük paletinin idarəli şəkildə yerə dönməsini gözlədiklərini, ancaq bir parçasının martın 8-də Florida ştatında bir evin damına düşdüyünü bildirib.NASA paletin atmosferə daxil olduqdan sonra tamamilə yanacağını təxmin etdiklərini bildirib.Paletin 8 mart 2024-cü ildə Yer atmosferinə daxil olduqdan sonra tamamilə yanacağı gözlənilirdi. Lakin avadanlıqlardan biri yanmayıb və Florida ştatının Neapol şəhərindəki evin damına düşüb.NASA ev sahibi ilə əməkdaşlıq edərək obyekti götürüb və agentliyin Floridadakı Kennedi Kosmik Mərkəzində obyekti təhlil edib.Müayinə zamanı düşən obyektin yük paletinə batareyaları quraşdırmaq üçün istifadə edilən NASA-nın uçuşa dəstək avadanlığının parçası olduğu müəyyən edilib. Parça Inconel metal ərintisindən hazırlanıb, çəkisi 1,6 funt, hündürlüyü 4 düym və diametri 1,6 düymdür.

Seçilən
78
3
Mənbələr
Şərh ()
Bağla