AZ

Neft hasilatı stabilləşib?

Bakı. Trend:

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydəalınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neftsektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabınamümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 6 faiz azalıb,əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkəhesabında yazıb.

O qeyd edib ki, neft sektorunda istehsalın stabilləşməsi iləbağlı səylərə rəğmən hasilatda azalma davam edib.

"Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakıartımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı daha çox ixracdeməkdir. Bu, fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payınadüşür. Yəni sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manatayaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidənkənar sektorlarının inkişafı ilə bağlı islahatların dahadərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımıqeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılıolacaq.

Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat iləyanaşı, “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da busektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır.Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedəqeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir", -deyə V.Bayramov bildirib.

Məqalədə:
Seçilən
71
12
Mənbələr
Şərh ()
Bağla