AZ

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti  tələbə qəbulu elan edir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb.

 

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16-22 aprel (şənbə və bazar günləri istisna olmaqla) 2024-cü il tarixlərində tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə, mövzu bölməsində “MDBƏİ” yazmaqla qeydiyyatdan keçməlidirlər.

 

Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

 

  1. Şəxsiyyət vəsiqəsi;

 

2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;

 

3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

 

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

 

5. Əlaqə məlumatları.

 

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2024-cü il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

 

Buraxılış imtahanında (3 və 10 mart) topladığı balı 200 və daha artıq olan abituriyentlərlə (2023-cü il məzunları – ötən ilki nəticə əsasında) onlayn müsahibə keçiriləcək (tarixi barədə məlumat veriləcək). Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.

 

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

 

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

 

Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.

 

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Seçilən
35
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25885
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25044
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18097
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14100
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14072
Sabah 20 dərəcə isti olacaq
9349
May ayında Azərbaycana qar yağdı - VİDEO
8656
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8305
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7065
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6718
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6330
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6296
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6290
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5906
Azərbaycan nefti ucuzlaşıb
5789
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5624
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593