AZ

“Kollektiv Qərb” Azərbaycanın enerji imkanlarından yararlandığı halda, niyə oturduğu budağı kəssin?

Azərbaycan nümunəsində “kollektiv Qərb” ifadəsinin işlənməsini yanlış hesab edirəm. Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir, Ukraynaya qarşı işğalçı müharibəyə başladıqan sonra istifadə etməyə başlayıblar.

Rusiya rəsmiləri bu ifadəni işlədə bilərlər, çünki Ukraynaya qarşı işğalçı müharibəyə görə ABŞ və Avropa İttifaqı ölkələri Kremlə qarşı vahid strategiyadan çıxış edirlər. Ancaq məlum ifadə Azərbaycan üçün doğru deyil. Fransanın xaricində Azərbaycanın digər Qərb ölkələri ilə münasibətlərində ciddi problemləri yoxdur, əksinə ABŞ və Avropa İttifaqı ölkələri ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq edirik. Misal üçün İsrail-İran gərginliyi fonunda ABŞ Dövlət Departamentinin İran üzrə elçisinin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər təhlükəsizlik mövzuları ilə bağlı idi. Və ya Vaşinqton Azərbaycan neftinin və qazının Avropaya nəqlində maraqlıdır ki, köhnə qitənin Rusiyadan enerji sahəsində asılılığı azalsın.

Əlbəttə, ABŞ və bir sıra Avropa ölkəsinin, o cümlədən Brüsselin siyasətində xoşumuza gəlməyən məqamlar var və tənqidimizdə haqlıyıq, ancaq bu o demək deyil ki, “kollektiv Qərb Azərbaycana düşmən münasibət bəsləyir” və ya “kollektiv Qərb Cənubi Qafqazda müharibə istəyir” kimi ifadələr doğrudur. Bu məntiqə uyğun deyil. Müharibə Cənubi Qafqazdakı enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. “Kollektiv Qərb” Azərbaycanın enerji imkanlarından yararlandığı halda, niyə oturduğu budağı kəssin?

Elxan Şahinoğlu

visiontv.az



Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25937
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25299
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18102
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14493
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14132
Sabah 20 dərəcə isti olacaq
9379
May ayında Azərbaycana qar yağdı - VİDEO
8677
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8343
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7073
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6765
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6353
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6316
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6308
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6087
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5928
Azərbaycan nefti ucuzlaşıb
5803
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5681