AZ

Premyer Liqa klubunun prezidenti vəzifəsindən getmək istəyir

«Sumqayıt»ın rəhbərliyində dəyişiklik ola bilər.

Redaktor.az xəbər verir ki, 2018-ci ilin əvvəlindən «kimyaçılar»a rəhbərlik edən Riad Rəfiyevin klubun prezidenti postundan ayrılması gözlənilir.

Deyilənə görə, o, bu barədə yaxın çevrəsinə danışıb. «Gənclik şəhəri» təmsilçisinin gənc idarəçisi mövsümün sonunda hazırkı vəzifəsi ilə vidalaşmağı planlaşdırdığını söyləyib.

Rəfiyev özünün şəxsi biznesini böyütmək istədiyini, bütün diqqətini yeni quracağı şirkətin inkişafına yönəltmək niyyətində olduğunu bildirib.

«Sumqayıt» mərhum iş adamı Rasim Rəfiyevin oğlunun prezidentliyi dövründə iki dəfə avrokuboklara vəsiqə qazanıb, eyni sayda ölkə kubokunun finalına yüksəlib.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla