AZ

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Bakı. Trend:

İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dövlətqulluğuna qəbul üçün aprelin 14-də keçirilmiş test imtahanındamüvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün aprelin16-dan 29-dək bu linkə daxil olaraq müraciətformasını doldurmalıdırlar.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumatverilib.

Qeyd edilib ki, namizədin təqdim etdiyi məlumatlarındüzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan”edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda);

-ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halıtəsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəməninqərarı və s.).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmişsənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri iləyoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin(sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini vəya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günümüddətində DİM-ə (Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299) təqdimetməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrəSertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə,habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağıaltqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirakedə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edənnamizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrintutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumişərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edəbilməz.

Seçilən
53
9
Mənbələr
Şərh ()
Bağla