AZ

Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, aprelin 16-da Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib.Metbuat.az xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.Tədbir zamanı açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər prokuroru Mürvət Həsənov qonaqları salamlayaraq, təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib, eləcə də şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib.İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.İştirakçıların sualları ətraflı cavablandırılmaqla onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Sonda xatirə fotoşəkli çəkilib.

Seçilən
62
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27275
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26587
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18154
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18149
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14540
Sabah 20 dərəcə isti olacaq
9826
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9076
May ayında Azərbaycana qar yağdı - VİDEO
8921
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8691
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8524
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7334
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7164
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7016
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6649
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6550
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6506
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
6135
Azərbaycan nefti ucuzlaşıb
6125
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6085