AZ

İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehrandakı konsulluğu təhlükəsizliklə əlaqədar iki gün bağlanıb.




Sitat.info xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri bildirib.




"Konsulluq bölməsi ehtiyat tədbirlərinə görə iki gün bağlanıb. Səfirlik normal rejimdə fəaliyyətini davam etdirir", - İtaliya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Xarici işlər, beynəlxalq əməkdaşlıq naziri və İtaliyanın baş nazirinin müavini Antonio Tayaninin daha sonra parlamentin hər iki palatasının xarici işlər və müdafiə komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib ki, konsulluq şöbəsi personalın təhlükəsizliyini təmin etmək üçün bir neçə gün ərzində bağlanıb. "Bütün fəaliyyətlər, o cümlədən konsulluqlar səfirlikdə cəmləşib", - Tayani deyib.
 

Seçilən
103
12
Mənbələr
Şərh ()
Bağla