AZ

Zərbə zamanı daha da sərtləşən material hazırlandı

Alimlər vurulduqca daha da sərtləşən bir maddə hazırlayıblar.
Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları qarğıdalı nişastasından ilhamlanaraq materialı “adaptiv davamlılıq” ilə dizayn ediblər.
Layihəyə rəhbərlik edən Yu Cessika Vanq, "Qarğıdalı nişastası ilə suyu yavaş-yavaş qarışdırdığım zaman qaşıq asanlıqla hərəkət edir. Amma qaşığı qaldırıb yenidən qarışığa qoymağa çalışdığınız zaman o, geri qayıtmır” deyib. Vanq bildirib ki, buna əsaslanaraq zərbə aldıqda sərtləşən və keçirici xüsusiyyətlərə malik material hazırlayıblar.
Bu məqsədlə tədqiqatçılar əvvəlcə 4 müxtəlif polimerdən ibarət sulu məhlul hazırlayıblar. Elm adamları daha sonra bu məhlulu nazik bir təbəqəyə yayaraq qurudublar. Bərk polimer təbəqəsi üzərində aparılan təcrübələrdə materialın zərbə aldıqda sərtləşdiyi müşahidə edilib.
Tədqiqatda iştirak edən Day Vu, qarışıqda iki müsbət və iki mənfi yüklü polimer növü istifadə etdiklərini, aralarındakı qarşılıqlı təsir nəticəsində maddənin sərtləşdiyini bildirib.
Bu qarşılıqlı əlaqəni küftə və spagetti ilə müqayisə edən alim, "Müsbət yüklü molekullar suyu sevmədikləri üçün küftəyə bənzər mikro strukturlara toplanırlar" deyib. Tədqiqatçı bildirib ki, küftəyə bənzər bu strukturlar parçalanmadan zərbələrin enerjisini qəbul edə bilir.
Vanq, gələcəkdə bu materialın ağıllı saatlarla yanaşı, ürək-damar xəstəliklərinin monitorinqi üçün istifadə edilən sensorlarda və müxtəlif geyimlərdə istifadə oluna biləcəyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
5
hafta.az

5Mənbələr