AZ

Xaçmazda ağır qəza - ölən var

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub."Məlumatla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək qaz borusuna çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə qeyd olunub.

Seçilən
47
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq