AZ

Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıblar

ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill 2023-cü ildə 620 min dollar qazanıblar...Poliqon xəbər verir ki, bunu Ağ Ev Baydenin vergi bəyannaməsinə istinadən bildirib. Bu məbləğdən ər-arvad 23,7% dərəcəsi ilə 146,6 min dollar məbləğində federal gəlir vergisi ödəyiblər.Co Bayden və həyat yoldaşı evlərinin yerləşdiyi Delaver ştatında təxminən 30,9 min dollar vergi ödəyiblər. Cill Bayden də ötən il Virciniya ştatında 3500 dollar vergi ödəyib. Bunun 5 min dolları mərhum oğlunun adını daşıyan Beau Bayden Fonduna gedir.2022-ci ildə ailənin illik gəliri 579,5 min dollar olub. Bloomberg-in qeyd edib ki, 2023-cü ildə gəlirin artması Şimali Virciniya İcma Kollecinin professoru Cil Baydenin maaşının artması ilə bağlıdır. Həmçinin sosial təminat müavinətlərinin artması səbəbindən prezident ailəsinin gəliri də artıb.Poliqon.info

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla