- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Fiorentina” – “Cenoa” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Dörd qolun qeydə alındığı “Atalanta” – “Verona” matçında da qalib müəyyənləşməyib.
Beləliklə, İtaliya A Seriyasında 32 turdan sonra 83 xala malik “İnter” vahid liderdir. “Milan”ın eyniadlı təmsilçisi 69 xalla 2-ci, “Yuventus” isə 63 xalla üçüncüdür. “Bolonya” 59, “Roma” 55, “Atalanta” 51, “Latsio” və “Napoli” 49, “Torino” 45, “Fiorentina” 44, “Montsa” 43, “Cenoa” 39 xal toplayıb.
İtaliya, A Seriyası
32-ci tur
12 aprel
Latsio – Salernitana 4:1
Qollar: Felipe Anderson, 7; 35. Vesino, 14. İsaksen, 87 – Tçauna, 16.
13 aprel
Leççe – Empoli 1:0
Qol: Sansone, 89.
Torino – Yuventus 0:0
Bolonya – Montsa 0:0
14 aprel
Napoli – Frozinone 2:2
Qollar: Politano, 16. Osimhen, 63 – Şeddira, 50; 73.
Sassuolo – Milan 3:3
Qollar: Pinamonti, 4. Loryente, 10; 53 – Leao, 20. Yoviç, 59. Okafor, 84.
Udineze – Roma 1:1 (oyun yarıda qalıb)
Qollar: R.Pereyra, 23 – Lukaku, 64.
İnter – Kalyari 2:2
Qollar: Türam, 12. H.Çalhanoğlu, 74-pen – Şomurodov, 65. Viola, 83.
15 aprel
Fiorentina – Cenoa 1:1
Qollar: İkone, 54 – Qudmundsson, 42-pen.
Atalanta – Verona 2:2
Qollar: Skamakka, 13. Ederson, 18 – Lazoviç, 56. Noslin, 60.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.