AZ

Hakan Fidanla ABŞ rəsmisi arasında Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyə Xarici işlər naziri Hakan Fidan ölkədə səfərdə olan ABŞ Dövlət katibinin müavini Con Bass ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinə hazırlıq prosesi, bölgədəki son hadisələr, o cümlədən İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmaları, eləcə də Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib.

Bununla yanaşı, enerji sahəsi və PKK/YPG, İŞİD terror təşkilatları ilə mübarizə ətrafında da fikir mübadilələri aparılıb.

Bizim.Media
 

Seçilən
200
50
Mənbələr
Şərh ()
Bağla