AZ

İsrail İranın hücumuna cavab verəcəyini vəd edib

Bakı. Trend:

İsrail İranın hücumuna qarşı cavab tədbiri hazırlayır.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin BaşQərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınanNevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.

"Biz gələcək addımları nəzərdən keçiririk. Pilotsuz uçuşaparatları və qanadlı raketlərlə hücuma cavab verilməlidir", -Halevi deyib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vədəməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavabolaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilkbirbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatınbaşa çatdığını elan edib.

Seçilən
162
48
Mənbələr
Şərh ()
Bağla