AZ

39 yaşlı azərbaycanlı müğənninin toyudur: "Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - VİDEO

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə sənətçi ATV-nin efirində yayımlanan "Günaylı gün" verilişində deyib.

39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur.

Müğənni qeyd edib ki, Nurlanla "TikTok" video platformasında tanış olublar:

"Dostlarımın təkidi ilə "TikTok" platformasına girməyə, oradakı insanların istəyi ilə canlı yayım açmağa başladım. Günlərin bir günü gördüm ki, mənə şəkli, adı, soyadı olan bir insandan (nişanlısı Nurlanı nəzərdə tutur - red.) oyun oynamaq üçün təklif gəldi, mən də o təklifi qəbul etdim. Canlı yayım zamanı oyun oynadıq, normal ünsiyyətimiz alındı. Oyun oynamadan sadəcə ünsiyyət qururduq. Təklif isə Nurlandan gəldi. Ona söylədim ki, məni əsla bu mövzuda tələsdirmə. Qərarım bir az gec ola bilər. Nurlan özü də dedi ki, ona iki il lazımdır ki, buna adaptasiya olsun. Onun üçün şokdur, müğənni Xəyalə Manaflı ilə evlənmək, "götür-qoy" məsələləri... "Giləvar" adında bir mahnı yarandı... Şüvəlan dənizi sahilində Nurlan mənə evlilik təklifini etdi və bu mahnı yarandı. Nurlan bərbərdir".

Xəyalənin nişanlısı Nurlan bu münasibətin alınacağına çox çətinliklə inandığını söyləyib:

"Ümumiyyətlə, mən hər zaman əlçatmaz olana qaçmışam. Varlanaraq əlin onlara çata bilər... Sadə bir insanın Xəyalə Manaflıya əlinin çatmağı müşkül məsələ idi. Çətin oldu, amma oldu".

Ətraflı videoda:


BiG.Az
Seçilən
1689
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17144
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15452
Səidə Sultan klipi üçün lüt soyundu
11852
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10610
Faiq Sadıqov
9619
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9485
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6075
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5957
Gənc aparıcı vəfat etdi - FOTO
5841
10 yaşlı uşağın faciəvi ölümü
5567
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5527
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5481
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5034
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4372
Ruslan Müşfiqabadlının anası vəfat edib
4002
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3479
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3294
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3292