AZ

"Freedom House" Qərbi azərbaycanlılara qarşı bağışlanmaz haqsızlıq etdi... Cavabını da aldı...

ABŞ-da fəaliyyət göstərən və özünü demokratiya hüquqlarının təmsilçisi kimi  qələmə verən “Freedom House” təşkilatı illik hesabat dərc edib.“Xalqlar keçiddə 2024” adlı hesabatda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia ediblər. Bununla da Azərbaycana qarşı növbəti qərəzli mövqələrini ortaya qoyublar.Qərbi Azərbaycan İcması “Freedom House” təşkilatının qərəzli bəyanatına dair açıqlama yayıb. Açıqlamada deyilir ki, Qərbi Azərbaycan İcması “Freedom House”un irqçi düşüncəli dairələrin təsirinə düşərək öz mötəbərliyini itirməsindən təəssüflənir, təşkilatı siyasi dairələrin əlində alət olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır.Əziz Ələkbərli: “Qərb bu cür mənasız hərəkətlərini bir yana qoyub, Azərbaycanın bölgədə yaratdığı bugünkü reallıqlarla hesablaşsın…”Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “İllər boyu özünü demokratiya, ədalət carçısı, insan hüquqları müdafiəçisi kimi göstərən, özünü dövlətlərin hərəkətlərinə “qiymət” verəcək qədər səlahiyyət sahibi hesab edən bəzi üzdəniraq təşkilatlar belə hərəkətləri ilə, əslində, öz iç üzlərini açıb ortaya qoyurlar. Onların bu hərəkətlərindən aydın olur ki, Azərbaycanın haqq səsini 30 il kimlər boğub, 30 il ərzində ərazilərimizin işğaldan azad olunmasına kimlər mane olublar. Və məhz onların və onların arxasında duranların bu çirkin əməllərinin nəticəsidir ki, Azərbaycan bu 30 ildə minlərlə şəhid verib, ölçüyəgəlməz dərəcədə maddi və mənəvi itkilərə məruz qalıb. Belələri dünən Minsk qrupu adı altında gizlənirdilər, indi artıq maskaları yırtılıb, sifətləri bütün eybəcərliyi ilə üzə çıxıb. “Freedom House” təşkilatı da illik hesabat dərc etməklə başından yekə qələt edib. Birincisi, o kimdir ki, regionda gedən proseslərə dəyər verir və özünü “münsif” kimi aparır, ikincisi, kimə lazımdır onun hesabatı?! Özləri də bilir ki, bu hesabatlar Azərbaycan üçün zibil qutusuna atılan kağız parçasından başqa bir şey deyil. Sadəcə, ürək bulandırmağa, ictimai rəyi çaşdırmağa çalışırlar.“Freedom House” təşkilatının zərrə qədər obyektivliyi varsa, 35 il bundan əvvəl – Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində indiki Ermənistan ərazisindən qovulmuş və 35 ildir qaçqın həyatı yaşayan azərbaycanlıların geriyə qayıdış hüququnu masa üzərinə yatırtsın. Necə olur ki, bölgədə yaşayan ermənilər insani hüquqlara malik olur, amma bölgədə yaşayan azərbaycanlıların heç bir insani hüququndan söhbət getmir?! Hamı çox gözəl bilir ki, bütün bu cür hərəkətlərin, hesabatların arxasında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən riyakar qüvvələr dayanır və bugünkü siyasəti ilə Azərbaycan onların bölgədəki çirkin niyyətlərini alt-üst edib. Yaxşı olar ki, Qərb bu cür mənasız hərəkətlərini bir yana qoyub, Azərbaycanın bölgədə yaratdığı bugünkü reallıqlarla hesablaşsın, bundan həm region, həm də elə Qərbin özü qazanar”.Hikmət Babaoğlu: “Freedom House” hər zaman Azərbaycan həqiqətlərini təhrif edib”Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Freedom House” hər zaman Azərbaycan həqiqətlərini təhrif edib: “Bu təşkilat bütün bəyanatlarında Azərbaycanı insan hüquqlarının pozulmasında, söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi məsələlərdə ittiham edib. Bu, “Freedom House”un Azərbaycana qarşı düşünülmüş, qərəzli mövqeyidir. Bu mövqenin arxasında ermənipərəstlər və islamafoblar dayanır”.Millət vəkili hesab edir ki, “Freedom House”un bəyanatları ciddiyə alınmamalıdır. Çünki bu təşkilat fəaliyyəti dövründə bir dəfə də olsun erməni işğalı zamanı 1 milyondan çox azərbaycanlının hüquqlarının pozulması barədə fikir bildirməyib: “Erməni barbarlığının nəticəsində Azərbaycanda azyaşlı uşaqlar, yeniyetmələr terrora məruz qalıb. Erməni işğalı nəticəsində Ermənistandan etnik təmizlənmə siyasətinin qurbanı olan 300 mindən çox qərbi azərbaycanlı öz ata-baba torbağında yaşamaq hüququndan məhrum edilib. “Freedom House” bu kimi problemlərə heç vaxt toxunmayıb. “Freedom House” hüquq, azadlıq təşkilatı deyil. Azərbaycan həqiqətlərinə “Freedom House” hər zaman göz yumub”.Günel CƏLİLOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
35
Mənbələr
Şərh ()
Bağla