AZ

Məşhur müğənni cütlüyün qızı ƏRƏ GEDİR – FOTO

Rusiyanın məşhur müğənni cütlüyü Anjelika Varum və Leonid Aqutinin qızı Yelizaveta ailə qurmağa hazırlaşır. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ulduz ailənin varisi amerikalı Con Samuel adlı gənclə evlənir. 

Xoş xəbəri qızın babası, musiqiçi Nikolay Aqutin açıqlayıb. Leonid Aqutinin atası bildirib ki, sevgilisi 25 yaşlı Yelizavetaya evlilik təklifi edib və indi bəylə gəlin toya hazırlaşır.

Varum və Aqutinin qızı uşaqlıqdan ABŞ-da yaşayır. Yelizavetanı orada Anjelikanın valideynləri böyüdüb. Daimi qastrol səfərləri səbəbindən musiqiçilər qızına baxa bilməyiblər. Ona görə də onu xaricdəki qohumlarının yanına göndəriblər. Yelizaveta orada məktəbi bitirib və Amerika vətəndaşlığını alıb.
Valideynləri kimi o da musiqiçi karyerasını seçib. Qız "Liz Holloway" təxəllüsü ilə rok qrupunda oxuyur. Onun sevib seçdiyi yarı Consa musiqi prodüseridir. Əvvəlcə onları iş birləşdirsə də, getdikcə əlaqələri romantik bir münasibətə çevrilib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
134
25
Mənbələr
Şərh ()
Bağla