AZ

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısında DƏYİŞİKLİK

Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir.

NOCOMMENT.az xəbər verir ki, “report”un məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”nda dəyişiklik olunur.

Dəyişikliklə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr” fəslindən “Dihidrokodein” və “Properidin” çıxarılıb.

Digər dəyişikliklə isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” fəslinə “Dekstrometorfan” (başqa mürəkkəbtərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) əlavə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
18
Mənbələr
Şərh ()
Bağla