2024-cü ilin birinci rübündə əhalinin banklarda əmanətlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 13267,2 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qoyulan əmanətlərin 64,7% milli, 35,3% xarici valyutada qoyulub.
Xarici valyutada qoyulan əmanətlərin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% artım müşahidə edilib.
Milli valyutada isə bu artım 17,6% təşkil edib.
Martda manatın 1 ABŞ dollarına nisbətdə orta
məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70), 1 Avroya 1,85
(1,85) manata, 100 Türk lirəsinə 5,30 (5,50) manata, 100 Rus
rubluna 1,85 (1,87) manata bərabər olub.
Dövlət Statistika Komitəsinin yanvarda açıqladığı hesabata görə, 2024-cü ilin yanvarın 1-nə əhalinin banklarda xarici valyutada qoyulmuş əmanətlərinin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% azalıb.
Gülnar
www.anews.az